İnfluenser Elmira Namazova Hindistana yollanıb.
OLAY yazır ki, bloger Qanq çayının yanında baş tutan ölü yandırma mərasimində iştirak edib. O, həmin anları sosial mediada izləyiciləriylə bölüşüb.
“Bir çoxumuza, eləcə də mənə maraqlı olan ölü yandırma ritualının şahidi oldum. Sizlərlə də bölüşmək üçün çəkdim. Qeyd edim ki, bu mərasimlər xalqa açıq olan yerlərdə baş tutur”, - deyə, o, bildirib.
Bundan başqa, Namazova paylaşdığı videoda mərasimlə bağlı maraqlı məqamları da söyləyib.