Keçmiş qulluqçusundan Kayliyə ağır ittihamlar...

Keçmiş qulluqçusundan Kayliyə ağır ittihamlar...

Məşhur model və iş xanımı Kayli Cennerin keçmiş qulluqçusu Anjelika Vasquez iddia edir ki, məşhurun evində işləyərkən irq, milli mənsubiyyət və dini inanclarına görə təhqir və alçaldılmalara məruz qalıb.

OLAY yazır ki, irəli sürülən ittihamlar arasında qadının immiqrasiya statusu ilə bağlı təhdidlər və lağ etmələr, həmçinin onun adına müraciət etmək əvəzinə barmaqla işarə edilməsi kimi alçaldıcı davranışlar var. Bundan əlavə, Vasquez iddia edir ki, bir dəfə şikayət etdikdən sonra Kayli ona asılqan atıb.

Diqqət çəkən məqam odur ki, iddiada cavabdeh kimi məhz Cenner göstərilsə də, bəzi ittihamlarda onun adı birbaşa qeyd olunmur. Buna baxmayaraq, Vasquez hesab edir ki, uzun müddət davam edən bu davranışlara görə məşhur model məsuliyyət daşıyır.