Əməkdar artist Tahir İmanov "Məhəllə 3"də həmkarları Rafael İskəndərov və Coşqun Rəhimovun olmama səbəbindən danışıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə aktyor "Mirinin dibçəyi" proqramında açıqlama verib:
"Çünki "Məhəllə" Elişlə Roşkanındır. 2000-ci ildə "Məhəlləni" Planet Parni İz Bakı KVN səhnəsində Elişlə Roşqa yaradıb. Qalanı gəldi-gedər personajlardır. Ona da Elişlə Roşka qərar verir ki, kim olacaq, olmayacaq. Bu suala o qədər cavab vermişəm ki. Sırf Qüdrətə baxmaq istəyənlər "Məhəllə"nin digər seriyalarını izləsinlər. Onlarla da əlaqələrimiz yaxşıdır. Niyə psi olmalıdır? Onların məndən, mənim onlardan asılacağım yoxdur. Aramızda pislik olmayıb. Niyə də olsun? Beş günlük dünyadır. Onu da gərgin keçirək? Bizim münasibətimiz çox yaxşıdır. Ən azından Allahın salamını veririk. Pis və dar günlərdə bir yerdəyik".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun