Ukrayna əsilli rusiyalı müğənni Lyubov Uspenskaya Rusiya vətəndaşlığı alıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.
"Artıq vətəndaşlığımı bayram etmişəm. Və mən xoşbəxtəm ki, indi belə böyük dövlətin vətəndaşıyam. Mən Rusiyanı həmişə sevmişəm və düşünürəm ki, arzum gerçəkləşib", - Uspenskaya bildirib.
Qeyd edək ki, Lyubov Uspenskaya 1954-cü ildə Kiyev şəhərində anadan olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun