Nadir və sağalmaz xəstəlikdən əziyyət çəkən 55 yaşlı dünyaca məşhur ulduz Selin Dion uzun müddətdən sonra üzə çıxıb.
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, sənətçi oğulları ilə birgə dəbdəbəli villasında çəkdirdiyi yeni fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Şəkildə Dionun 14 yaşlı əkizləri Eddi və Nelson və müğənninin əri və meneceri Rene Angelildən dünyaya gətirdiyi 23 yaşlı Rene-Çarlz yer alıb.
Görüntü izləyicilər tərəfindən maraqla qarşılanıb və çox sayda müsbət şərhlərlə qarşılanıb.
Selin fotonun altındakı rəydə əmin edib ki, bir gün normal həyata qayıdıb yenidən səhnəyə geri dönəcəyinin ümidini itirməyib.
"Övladlarımın, ailəmin, komandamın və hamınızın sevgisinə və dəstəyinə görə sizə ürəkdən təşəkkür edirəm! Eyni xəstəlikdən əziyyət çəkən hər kəsə dəstəyimi bildirmək istəyirəm", - deyə Dion eyni diaqnozu olan insanları sözləri ilə dəstəkləyib.
Qeyd edək ki, son vaxtlar sosial media Selin Dionun sağlamlıq vəziyyəti ilə bağlı ziddiyyətli məlumatlar yayılıb. Sızan məlumatlarda ifaçının artıq əzələlərini idarə edə bilmədiyini, həmçinin xəstəliyin onu əlil arabasına sürüklədiyini bildirilib. Eyni zamanda, Selinin bacısı sənətçinin sağalmaq ümidini itirmədiyini dəfələrlə bəyan edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun