Aparıcı Aytən Səfərovaya canlı yayımda sürpriz edilib.
Milli.Az olay-a istinadən bildirir ki, onun Türkiyədə təhsil alan 18 yaşlı qızı Ayza "Qonaqcanlı" verilişinin canlı efirinə bağlanıb və anasının doğum gününü təbrik edib.
"Mənim əziz anam, hər şeyim. Mənim dünyanın ən gözəl, ən saf, ən təmiz qəlbli, arada da ən əsəbi olan anam. Mən sənin ad gününü təbrik edirəm. Sənə xoşbəxt olmağını arzulayıram, çünki sən buna layiqsən. Sən dünyanın ən gözəlinə və ən yaxşısına layiqsən. Dünyanın bütün gülləri belə sənə bəs etməz. Mən qürur duyuram və fəxr edirəm ki, mənim anamsan. Aramızda nə qədər şəhərlər, ölkələr, dünyalar belə olsa sən mənim ən yaxınımdasan, çünki sən sən mənim ürəyimdəsən" , - deyə, o, söyləyib.
Səfərova bu sürpriz qarşısında göz yaşlarını saxlaya bilməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun