Bir zamanların məşhur uşaq aktyoru xərçəngdən öldü - FOTO

Bir zamanların məşhur uşaq aktyoru xərçəngdən öldü - FOTO

Bir zamanların məşhur uşaq aktyoru Berkay Göksu xərçəngdən vəfat edib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, o uzun müddət idi ki, onkoloji xəstə idi və müalicələr etdirirdi.

34 yaşlı aktyor elə müalicə aldığı xəstəxanada da dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, Berkay 1990-cı ildə İstanbulda doğulub. O bir müddət aktyorluq fəaliyyəti ilə məşğul olub.

2000-ci illərdə çəkilən "Baldız Geliyorum Demez", "Seni Yaşatacağım" kimi ekran işlərində müxtəlif obrazlar yaradıb.

Daha sonra isə aktyorluq fəaliyyətini sonlandırıb. Berkay 2014-cü ildə Yasemin Göksu ilə ailə qurmuşdu. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun