"İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram"

"İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram"
"İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram"

Müğənni İradə İbrahimova meyxanaçı Namiq Qaraçuxurlunun təklifinə etiraz etməsinin səbəbini açıqlayıb.

Milli.Az xəbər verir ki, sənətçi "Kəşfet" proqramında N.Qaraçuxurlu ilə bağlı suala belə reaksiya verib:

"Namiq Qaraçuxurludan təklif gəlmişdi. Yeni parıldayırdım, estradada özümü tanıtmağa çalışırdım. Gəlib elə qarmaqarışıqlıq edə bilməzdim. Özümü təsdiqləsəydim, edərdim".

İ.İbrahimova "İndi duet oxuyarsan" sualına "İndi də etməzdim. Böyük cəsarətdir" cavabını verib.

Qeyd edək ki, Qaraçuxurlu illər əvvəl "Cavanlıq səhvi" mahnısını duet oxumaq üçün İradəyə təklif edib.  (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: news.milli.az