Ayselin səhifəsi oğurlandı

Ayselin səhifəsi oğurlandı

İnfluenser Aysel Həsəninin (İcelinee) instaqram hesabı oğurlanıb.

OLAY yazır ki, blogerin 300 mindən çox izləyicisi olan səhifəsi naməlum şəxslər tərəfindən ələ keçirilib.

Ayselin profil şəkli dəyişdirilib və postları silinib.

Bu barədə onun həyat yoldaşı İlkin Həsəni paylaşım edərək “Dostlar, Ayselin səhifəsindən göndərilən linkləri açmayın”, - deyə, xəbərdarlıq edib.