Yeni layihənin başrolları onlar olacaq

Yeni layihənin başrolları onlar olacaq

“Ay Yapım”ın NOW” kanalında yayımlanacaq və Hilal Saralın rejissorluq edəcəyi “Ömür Usta” serialı baş rollarda Nurgül Yeşilçay ilə Gonca Vuslaterini bir araya gətirəcək.

OLAY yazır ki, “Ömür Usta” serialının çəkilişlərinə iyul ayında başlayacaq. Unudulmaz layihələrə imza atan Hilal Saralın çəkəcəyi serialda kasıb məhəllədə ailəsi ilə həyat mübarizəsi aparan Ömür ustanı Nurgül Yeşilçay canlandıracaq, varlı ailənin anası Nevra rolunu isə Gonca Vuslateri canlandıracaq.

Son olaraq “Sahipsizler” serialında tamaşaçı qarşısına çıxan Enes Koçak da bu iddialı layihə ilə müqavilə mərhələsindədir. O, tibb fakültəsində oxuyan və Nevra ilə Tunçun qızı İpeklə evlilik planları quran gənc obrazına həyat verəcək.