“Beren heç xoşbəxt deyil” – Kenan Doğulu

“Beren heç xoşbəxt deyil” – Kenan Doğulu

Məşhur müğənni Kenan Doğulu həyat yoldaşı, aktrisa Beren Saat və ABŞ-də baş verən yanğında külə dönən evi barədə danışıb.

OLAY yazır ki, Doğulu bildirib ki, bir il yarım əvvəl Los-Ancelesdə baş verən yanğında ciddi ziyan görən evlərini satmağa çalışırlar: “Satıb çıxmağa çalışıram, başqa yerdə ev almaq istəyirəm”.

Yanğından sonra mülkiyyətə baxışının dəyişdiyini deyən Doğulu əlavə edib: “Mənə məxsus milyonlarla əşya yox oldu. Xatirələr, imzalı gitaralar, albomlar, xüsusi studiya avadanlıqlarım var idi”.

Kenan Doğulu həmçinin 2014-cü ildə Los-Ancelesdə evləndiyi həyat yoldaşı Beren Saat haqqında da danışıb: “Çox dərin hisslərə malik, zərif insandır. Bu aralar o qədər məyus, kefsiz və xoşbəxt deyil ki, sanki bütün dünyanın yükü onun üzərindədir”.