“Kanal D” ekranlarında yayımlanan məşhur türk serialı “Güller və Günahlar”da rol alan aktrisa Cemre Baysel qatıldığı proqramda diqqət çəkən açıqlamalar verib.
OLAY yazır ki, bir çox mövzuda səmimi etiraflar edən məşhur aktrisa analıq mövzusundakı etirafı ilə də diqqət çəkib.
15 yaşında aktrisalığa başlayan məşhur çəkiliş meydançası və məktəb həyatını necə paralel apardığını və disiplinli təbiətinin ona nələr qazandırdığını bölüşüb.
Gələcəkdəki arzularından danışarkən analıq mövzusundakı suallara səmimi cavab verən Baysel "Gələcəkdə ana olmağı xəyal eləmirəm. Mən indi analıq nədir, necə olunur bilmirəm" deyərək, bu mövzuda heç bir planının olmadığını qeyd edib.
















