Müğənni Keti Perri uzun müddət sonra ilk dəfə Montesitoda görüntülənib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 39 yaşlı Keti üç yaşlı qızı Deyzi Davla vaxt keçirərkən kameralara tuş gəlib. Müğənni övladı ilə kafeyə baş çəkib. Məşhur qəhvələri götürüb və təxminən 30 min dollarlıq "Moke" elektromobilində övladı ilə yoluna davam edib.
Qeyd edək ki, Keti Perri 2016-cı ildən aktyor Orlando Blumla münasibətdədir. 2019-cu ildə sevgililər nişanlandıqlarını elan ediblər. Məşhurlar bir neçə ay ayrılsalar da, tezliklə yenidən bir araya gəliblər. 2020-ci ilin avqustunda onların qızı dünyaya gəlib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun