Tanınmış aparıcının bloger qızı qəzaya düşdü - FOTO

Tanınmış aparıcının bloger qızı qəzaya düşdü - FOTO

Bakıda tanınmış bloger qəzaya uğrayaraq xəsarət alıb.

Milli.Az xəbər verir ki, teleqraf-ın xəbərinə görə, hadisə Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində qeydə alınıb.

Nuray Muxtarovanın idarə etdiyi "Chevrolet" markalı avtomobil kəsişmədə başqa bir avtomobillə toqquşub.

Qəza zamanı xəsarət alan Nuray Muxtarova Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, Nuray Muxtarova Space TV-də çalışan aparıcı Humay Muxtarovanın qızıdır.

Milli.Az