“Hər kəs gərək öz ailəsinin qeyrətini çəksin”

“Hər kəs gərək öz ailəsinin qeyrətini çəksin”

Əməkdar artist Rafael İskəndərov açıq-saçıq geyinənlərə münasibətini bildirib.

OLAY yazır ki, bu geyimlərin gözəl göründüyünü desə də, lazım olmadığını əlavə edib. Bu haqda o, AStar TV-də Ülvira Qarayeva ilə müsahibəsində danışıb.

“Mən çox sevinirəm, Bakı kəndlərində dostlarım var, onlarla oturanda elə bilirəm ki, öz qabımdayam, öz görmək istədiyim mühitdəyəm. 70-ci illərin filmlərində də var o geyimlər. Orada oturub. Keçirəm, üzümə baxırlar. Bir aşağı sal. Nə qazandın bunu göstərməklə. Mən Keşlədə doğulub böyümüşəm. Hər iki tərəfim kəndçidir. Ata tərəfdən Bərdədən, ana tərəfdən Bakıdan. Biz belə şey görməmişik. Narkomanı tində oturardı, bir qoca keçəndə ayağa durardı. Bu sözə görə məni qınasalar da, qınamasalar da... Hər kəs gərək öz ailəsinin qeyrətini çəksin. Sən heç kəsin qızına “Bu nədir mini geyinmisən” deyə bilməzsən. Əgər onun atası, anası, qardaşı, yoldaşı evdən elə buraxırsa, sən ona heç nə deyə bilməzsən. Gözəl görünür, amma lazım deyil. Mən gənc olanda o qədər açıq geyinilmirdi. İndi belə geyinənlər 30 ildən sonra nəyəsə elə baxacaqlar”, - deyə, İskəndərov söyləyib.