“Mən səhv tutmağı sevmirəm. Səhvi olmayan insan natamamdır. Mən o qədər səhvlər etmişəm. Bu gün onlar məni Aytən Səfərova edib”.
OLAY yazır ki, bu sözləri “Zarafat bir yana” verilişində aparıcı Aytən Səfərova deyib. O, fikirlərinə bunları da əlavə edib:
“Hər bir səhv insana Allahdan verilən imtahandır. Bir dəfə verirsən, sonra düzəltmək mümkün deyil. Həmişə iki çıxış olur. Bu gün hansı qapını seçirsənsə, gələcəkdə yolların bağlı, ya da açıq olacaq. Ondan asılıdır. Mən ən çox efirdə qadınları müdafiə edirəm. Bir cümləmlə belə insanın təfəkkürü dəyişirsə, mənim üçün izah olunmazdır”.