"Oğlum Adili evləndirib, gəlini evə gətirdim. Bundan sonra 3 ay onlarla yaşamadım. Onlara ara-sıra baş çəkirdim ki, bilim evdə neynirlər. Gəlinin mənə olan əzizləməyini gördüm. Bundan sonra qərar verdim ki, tez-tez onlara baş çəkəcəyəm. Yalandan deyirdim ki, səhər efirə gedəcəyəm, amma tezdən gəlirdim gəlinimgilə. Ona deyirdim ki, filan şeyi belə etmək lazımdır və sairə... Beləcə onu başa salırdım".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Xatun Əliyeva qonaq olduğu "Söhbət var" verilişində deyib.
Sənətçi gəlini Gülnar ilə münasibətlərindən söz açıb. Xatun bildirib ki, o gəlininə öz doğma qızı kimi yanaşır:
"Gəlinim məni çox gözəl anlayır. İnsanın içində bir ifritə, bir də ki mələk tərəfi olur. O mənim mələk tərəfimi tapıb, ora ilə "işləyir". Hamı deyirdi ki, Xatun gəlinlə necə yola gedəcək? Bilmirdim niyə belə deyirdilər... Şər atırdılar mənə... Mən belə insanam? Gəlinim iki qardaşın bir bacısıdır. O oğlum Adillə Bakı Dövlət Universitetində bir oxuyublar. Yəni o qız valideyinlərinin "gül balası"dır. Bir anlıq fikirləşdim ki, gəlinim mənim "uşağımdır". Yəni mənim qızımdır. Necə öz qızımla davranmalı idimsə onunla da belə davranmalıyam. O da öz yerini bilir. Arada elə şeylər olur ki, mən evdə səsimi də ucalda bilərəm. Amma bu normaldır. Bura da nə var ki?"
Qeyd edək ki, Xatunun oğlu Adil 2022-ci ildə Gülnar adlı xanımla ailə qurub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun