Xalq artisti Firəngiz Mütəllimova yerli serialları tənqid edib.
OLAY yazır ki, bu barədə sənətçi “Göstərir radio” verilişində danışıb.
“Seriallar hamısı bir-birinə oxşayır. İştirakçıları eyni insanlar, eyni üzlərdir. Mən seriallarla işimi bitirmişəm. Türkiyə seriallarının əksəriyyətinə baxıram, mənə ləzzət edir. Fikirləşirəm ki, bizdə o vaxtkı kimi ciddi çəkilişlər olsa... İndi mənə çox cılız gəlir. Məsələn, “Muhteşem yüzyıl” necə gözəl iş idi. Demək olar, bütün dünya izlədi. Yerli serialları izləmirəm, mənə maraqlı deyil”, - deyə aktrisa vurğulayıb.