"Bəzi mahnılar var ki, onları yalnız efirdə oxuyuram".
Milli.Az bakıvaxtı.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatun Əliyeva "Söhbət var" verilişində deyib.
O, mahnılarını ələkdən keçirdiyini bildirib:
"Mənim efir mahnılarım və toy mahnılarım ayrıdır. Mən toy mahnılarını efirdə oxumuram. Toylarımı da toydan "tuturam". Efirdən sadəcə qiymətimi qaldırıram. Çünki toyu toydan tutarlar".
Müğənni deyib ki, "Instagram", efir müştərini aldada bilər:
"Burada yaxşı oxuya bilərsən, amma toyda ifadan başqa idarəçilik də olmalıdır. Səhnəni ələ almalısan. Hər toy da biri-birinə oxşamır. Bəzi toy sahibləri toya gedəndə özlərini dağ başına qoyurlar. Oynamırlar. Onun da toyunda heç kim oynamaq istəmir. Sən məcbursan ki, insanları oynadasan".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun