İnfluenser Elmira Namazovanın adından saxta xəbərlər yayılıb.
OLAY yazır ki, onun fotosunun olduğu və “Elmira Namazovanın populyarlığı onun xeyrinə işləməyib. Bütün Azərbaycanı şoka salan qalmaqal” başlığının qeyd olunduğu postlar paylaşılıb.
Qeyd edək ki, daha əvvəl influneser Aynişan Quliyevanın da başına eyni hadisə gəlib.
“Adımla bağlı feyk xəbərlər paylaşırlar. Yəqin, spamdır, linkə keçid etsəniz, səhifənizi qıra bilərlər. Məzmuna gülmüşəm, amma”, - deyə Aynişan vurğulamışdı.