Tanınmış müğənni Şöhrət Məmmədov bir zamanlar sevdiyi xanım barədə danışıb.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, sənətçi həmin xanımı sevsə də, onunla ailə qura bilmədiyini vurğulayıb.
Həmin vaxt Şöhrət Məmmədov hərbçi imiş. Bu səbəbdən qızın ailəsi onunla evlənməsinə razı olmayıb.
"Mən mahnılarımdaki eşq əzabı çəkən adam deyiləm. Bir vaxtlar birini sevmişdim. Onda hərbi xidmət dövrüm idi. Elçi getdik, vermədilər. Dedilər hərbçiyə veriləsi qızımız yoxdur" - deyə, ifaçı qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun