Müğənni Nərgizin başı bəlada: bu tələyə düşdü - VİDEO

Müğənni Nərgizin başı bəlada: bu tələyə düşdü - VİDEO

Müğənni Nərgiz parodiyaçıların tələsinə düşüb.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, Rusiyadan qaçan müğənni Nərgiz Zakirova Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməkdə şübhəli bilinir. O, Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən yoxlanılacaq.

Belə ki, müğənni Ukrayna prezidenti Volodimir Zelenskinin obrazına girən rusiyalı parodistlər Vovan və Leksus ilə söhbətində Rusiyanı dəstəkləyənləri "tam axmaq" adlandırıb.

O, Volodimir Zelenski ilə danışdığına inanıb. Sənətçi Ukrayna Silahlı Qüvvələrinə sponsorluq etdiyini də etiraf edib və özünü ABŞ vətənpərvəri adlandırıb.

O əlavə edib ki, Ukrayna münaqişəsinə görə bəzi qohumları ilə münasibətini kəsib. Hətta Zelenski və Banderanın portretləri ilə tatuaj etdirəcəyini vəd edib.

Nərgiz əmin edib ki, o, pulemyot götürüb Ukrayna uğrunda döyüşə getməyə hazırdır, lakin hələlik yalnız internetdə döyüşür: "Mən orkları (ruslar - red.) sağa-sola səpələyirəm".

Müğənni əmisi, "Yalla" ansamblının rəhbəri Farux Zakirovun əlaqələrinin arxasında gizlənərək yerli hakimiyyət orqanları ilə gizli dava etdiyini bildirib.

"Mən hələ burada işimi bitirməmişəm. Ərimin pasport almasını gözləyirəm və biz rus pasportunu xalqın gözü qarşısında yandırıb buradan çıxacağıq!"

Sonda Nərgiz deyib: "Yaxşı rus ölü rusdur". O, Donetski bombalamaq üçün istifadə olunacaq Ukrayna raketlərinin üzərinə onun adını yazmağı xahiş edib.

Qeyd edək ki, müğənni Nərgiz gələn ilin mart ayında İrəvanda konsert verəcək. O bildirib ki, "Ermənistan və erməni xalqı həmişəlik ürəyimdədir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun