Aparıcı Lalə Azərtaşın doğum günü “Təsir dairəsi” verilişinin canlı efirində qeyd olunub.
OLAY yazır ki, aparıcı üçün studiyaya hədiyyələr, çiçəklər göndərilib.
O, fotolarını instaqramda izləyiciləriylə bölüşərək “Bu gün mən “Təsir dairəsi”ndə sevgi dairəsinə düşmüşdüm. Zəhmət payı olan hər kəsə dərin hörmət və sonsuz sevgimi bildirirəm. Şükür olsun uca Allahıma” şərhini yazıb.
Qeyd edək ki, Azərtaşın 30 martda 42 yaşı tamam olacaq.