Rusiyada populyarlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Moskvada baş vermiş terror aktından sonra diqqət çəkən yazı yayımlayıb.
OLAY yazır ki, o, instaqramın hekayə bölməsində etdiyi paylaşımında Rusiya xalqının birliyinə toxunub.
“Terrorçuların milləti yoxdur. Qatillərin dini yoxdur. Ailələrə səbir. Təxribatlara aldanmayın və bir yerdə qalın. Rusiya xalqının birliyini heç kim poza bilməz”, - deyə, Həsənov bildirib.