“Plastik əməliyyat günahdır”

“Plastik əməliyyat günahdır”

Əməkdar artist Rafael İskəndərov açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi “Şən gənc” verilişində estetik əməliyyatlardan danışıb.

“Plastik əməliyyatda həkim qarışacağı yoxdursa, o günahdır. İnsandır uşaq vaxtı yıxılıb, çəpər əyriliyi varsa, başqa məsələ... Amma sənin gedib Allahın verdiyini dəyişməyin düzgün deyil”, - deyə, aktyor bildirib.