10 ildir mübarizə apardığı xəstəliyə qalib gəldi

10 ildir mübarizə apardığı xəstəliyə qalib gəldi

Əməkdar artist Bəsti Sevdiyeva uzun müddət ağır xəstəliklə mübarizə apardığını açıqlayıb. 

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, "Bir gün" proqramında qonaq olan müğənni 10 ildir müalicə aldığını və xəstəliyə qalib gəldiyini bildirib:

"Çox ağır xəstə idim. Türkiyədə və Bakıda müalicələr aldım. Bunu ictimailəşdirmədim. Xəstəliyə qalib gəldim. Mənim yerimdə kim olsaydı, bu ağır xəstəliyi ictimailəşdirərdi. Həyat yoldaşım dedi ki, lazım deyil, hər şeyi özümüz edəcəyik. Qalib gəlməyə də bilərdim. Mən kiməm ki? Allah etdi".

Qeyd edək ki, B.Sevdiyeva bir müddət əvvəl həyat yoldaşını itirib. 

Milli.Az