“Banklardan tez-tez borc götürürəm” – VİDEO

“Banklardan tez-tez borc götürürəm” – VİDEO

"Tez-tez borca düşürəm. Özüm-özümü borca salmağı, əziyyət verməyi sevirəm. Bu günüm üçün yox, özümün və övladlarımın sabahı üçün yaşayan insanam. Bunun üçün isə çox çalışmaq və işləmək istəyirəm. İstəyirəm ki, övladlarımın gələcəyini yaxşı qurum. Əziyyət görməsinlər, tez bir zamanda işləməsinlər, təhsillərini lazımi qədər alsınlar. Bilirəm ki, buna görə çox işləməliyəm ki, uşaqlarım əziyyət çəkməsin". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Sevda Sanaliyeva qonaq olduğu, "YouTube"da yayımlanan "İç üzü" layihəsində deyib. 

Sənətçi tez-tez banka müraciət edərək kredit götürdüyünü açıqlayıb: 

"İnsan sabahını qurmaq üçün əlində yaxşı maddi imkanı olmalıdır. Buna görə də tez-tez banklara girirəm. Kredit götürüb, sonra bağlayıram. Dinc dayanmıram. Bir dənə bu işi də görüm..." 

Qeyd edək ki, S.Sanaliyevanın ilk toyu 2014-cü ilin iyunun 25-də baş tutub. Elə həmin ilin sentyabrında sənətçi üç aylıq hamilə olduğunu açıqlayıb.

2015-ci ilin fevralında sənətçinin oğlu Elgün dünyaya gəlib. Sevdanın qızı isə 2016-cı ilin avqustunda doğulub. O, qızının atasının Cəmil bəy olduğunu, onunla evləndiyini mediaya açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun