Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişinin yayım taleyi ilə bağlı ilk dəfə açıqlama verib.
Milli.Az xəbər verir ki, tele-aparıcı instaqram hesabında açdığı canlı yayım zamanı proqramın bağlanması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Baxşəliyev qeyd edib ki, hər şeyin zamanla bəlli olacağını və hadisələrə həmişə müsbət yanaşdığını söyləyib:
"İnşallah proqramımız yenidən başlayacaq. Həyatda baş verən hər şeydə bir xeyir var. Mən hər zaman olanlara şükür edən insan olmuşam".
Onun açıqlaması sosial şəbəkələrdə izləyicilər tərəfindən maraqla qarşılanıb. Verilişin daimi tamaşaçıları proqramın yenidən efirə qayıdacağına ümid etdiklərini qeyd ediblər.
Musa
Milli.Az
















