Mədəniyyət naziri Adil Kərimlinin ailəsinə itki üz verib.
OLAY “Qafqazinfo”ya istinadən yazır ki, nazirin dayısı 1946-cı il təvəllüdlü Zakir Abbasov vəfat edib.
O, bu gün Gəncə şəhərində “Köhnə Səbiskar” qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində A.Kərimli də iştirak edib.
Qeyd edək ki, tanınmış alim Z.Abbasov 2007-ci ildən 2023-cü ilədək Gəncə Dövlət Universitetində “İdarəetmə” kafedrasına rəhbərlik edib. İqtisad üzrə fəlsəfə doktoru, dosent olub.

















