Məşhur aktrisa Hande Erçelin stilist İnan Kırdemiri sosial mediada izləmədən çıxarması gündəm olub.
OLAY yazır ki, Hande Erçel bu addımı dünya miqyasında məşhur bir markanın nümayişi ilə bağlı hadisələrdən sonra atıb.
Məlumata görə, Erçel həmin nümayişdə iştirak etmək istəyib, lakin markanın seçimi Serenay Sarıkayadan yana olub. Eyni tədbirdə stilist İnan Kırdemirin də Serenay Sarıkaya ilə birlikdə yer alması diqqət çəkib. Bundan sonra Hande Kırdemiri izləmədən çıxarıb.
Bu da “qısqanclıq” mövzusunu gündəmə gətirib.

















