Əməliyyat üçün 25 min dollar lazımdır"

Əməliyyat üçün 25 min dollar lazımdır"

"Sənət adamı, aktyor üçün təqaüdə çıxmaq olmamalıdır. Həmin adam səhnədən alqışlarla yola salınmalıdır". 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Allahverdi Yolçuyev "Zaurla Günaydın" proqramında deyib. O, sənət adamlarının təqaüdə göndərilməsini tənqid edib. 

Parkinson xəstəliyindən əziyyət çəkən A.Yolçuyev "Müayinə edilir, 2 ildir həkim nəzarətindəyəm. İnkişafın qarşısı alınır. Birdəfəlik müalicəsi yoxdur. Amma Almaniyada əməliyyat olunmaq olur. Beynə çip yerləşdirirlər, qiyməti 50 min dollardır. Amma Türkiyədən bir professor gəlmişdi, 25 min dollar istədi. O da çıxdı getdi".

Aparıcı Zaur Baxşəliyev isə Azərbaycanda bu əməliyyatı edən  həkim olduğunu, aktyoru reklam qarşılığında əməliyyat etdirmək istədiyini söyləyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun