“Gözəl qız deyil” - Cavanşir Quliyev Cəmilə haqqında

“Gözəl qız deyil” - Cavanşir Quliyev Cəmilə haqqında

“Just Go” mahnısının milli musiqi mədəniyyətimizə heç bir aidiyyəti yoxdur”.

OLAY yazır ki, Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyev bunu EDnews-a açıqlamasında bildirib.

O, “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənni Cəmilə Həşimovadan söz açıb:

“Müğənni gözəl deyil. Mahnı isə Qərb pop musiqisinin bəzi hissəciklərindən çevrilmiş və quraşdırılmış bir mahnıdır. Darıxdırıcıdır. Parlaq deyil. Süni intellektin “bəstələdiyi” mahnılara bənzəyir, - deyə o bildirib.

Xatırladaq ki, bu il keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı Jiva səhnə adı ilə tanınan müğənni Cəmilə Həşimova təmsil edir. O, mayın 14-də Vyanada keçiriləcək 70-ci “Avroviziya” mahnı müsabiqəsində 2 nömrə altında səhnəyə çıxacaq. Jiva müsabiqədə “Just Go” adlı mahnını səsləndirəcək. Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadovdur.