Əməkdar artist Nigar Şabanova evliliklərindən danışıb.
OLAY yazır ki, sənətçi bu barədə “Dəyişən cavab” verilişində söz açıb. O, ilk həyat yoldaşının qohumu olduğunu deyib.
“İlk evliliyimi edəndə 16 yaşım var idi. Ailə təkidi ilə olub. “Xalq ulduzu”na qatılanda artıq ailəm dağılmışdı. Bir il sürdü. Mənim heç bir günahım yox idi. İlk həyat yoldaşım özü məndən ayrıldı. Kişiliyə sığışmaz bir addım atdı. Mənim dayım onun bacısını boşadı, onlar da məni gətirib anamın evinə qoydular ki, siz bizim qızı saxlamadınız, biz də sizin qızı saxlamırıq. Qohum evliliyi idi. Düşmənimə belə arzulamayacağım həyat hekayəm var. Ana əlində böyümüş uşaq idim. Ailə nə deməkdir dərk etmirdim. Həyat yolaşımı kənara çəkib söz deyə bilmirdim. Yəni həyat yoldaşı nə deyirsə odur”, - deyə, o, bildirib.
Şabanova 2-ci evliliyinin həyatında ilk səhvi olduğunu söyləyib:
“Arzu etdiyim heç bir şeyi yaşamadım. 2-ci mənim səhvim idi. 35 yaşıma qədər etdiyim ilk yeganə ən böyük səhvdir. Özümə ömür boyu bağışlamayacağım səhvdir. Artıq hər şeyə inamım bitib. Bir il bir cəhənnəmə dözdüm insanların qınağına görə. Evdə böyük bir söz-söhbət oldu. 5 dəqiqənin içində dedim ki, niyə dözürsən. 1 saatın içində evdən yox oldum. Çünki mən buna layiq olacaq qadın deyiləm. Elə bilirdim ki, 2-ci həyat yoldaşımı sevirəm, amma sevməmişəmmiş”.