Klip üçün qəbrə girdi... - Təqdimatdan özəl kadrlar

Klip üçün qəbrə girdi... - Təqdimatdan özəl kadrlar

Müğənni Mərdan Kazımov “Geriyə dönən var” adlı layihəsi üçün təqdimat keçirib.

OLAY yazır ki, tədbirdə Mərdanın ailə üzvləri, dostları və həmkarları iştirak edib.

Kameralar qarşısına keçən Mərdan klip çəkilişi zamanı yaşadığı çətinliklərdən, qəbir səhnələrindən danışıb.

O, bu layihəsinin narkomaniyaya qarşı sosial mesaj verdiyini bildirib. Mərdanın həyat yoldaşı Nəzrin Nəcəfova isə onun bu layihədə aktyorluq qabiliyyətlərini sərgilədiyini söyləyib.

Müəllimi Esmiralda xanımın 2002-ci ildə yazdığı bəstəni ekranlaşdıran M. Kazımovun layihəsində Əməkdar artist Bəhruz Vaqifoğlu rejissorluq edib.

B. Vaqifoğlu məkan seçiminin də bir mesaj ötürdüyünü söyləib. Tədbirdə yer alan Xalq artisti Mələkxanım Eyubova M. Kazımovun əsl sənət adamı olduğunu, onun məqsədi üçün çox çalışdığını söyləyib.

Həmçinin təqdimatın qonaqlarından olan Əməkdar artist Dilarə Əliyeva və müğənni NURAN Mərdana uğurlar arzu edib.

Özəl kadrları təqdim edirik: