Burcu İremi məhkəməyə verdi!

Burcu İremi məhkəməyə verdi!

Türk müğənnilər Burcu Güneş ilə İrem Derici arasında yaranan qalmaqal məhkəməlik olub.

OLAY yazır ki, Güneş Dericiyə qarşı təhqir səbəbi ilə 250 min TL məbləğində mənəvi təzminat iddiası qaldırıb.

Xatırladaq ki, Emre Altuğun albom təqdimatında başlayan mübahisə sosial şəbəkələrdə edilən paylaşımlarla daha da sərtləşib.
İrem Dericinin Burcu Güneş haqqında səsləndirdiyi ifadələrdən sonra Güneş şəxsi hüquqlarının zərər gördüyünü bildirərək məhkəməyə müraciət edib.