Merilin Monronun sinə qəfəsi və çanaq orqanlarına aid rentgen şəkilləri onun 100 illik yubileyinə həsr olunmuş “Julien’s Auctions” hərracında satışa çıxarılıb.
OLAY yazır ki, hər iki görüntü 1954-cü ildə ginekoloqun göndərişi ilə çəkilib.
“Doktor Leon Kron ulduzun ginekoloqu idi və bu rentgenlərin çəkilməsini o istəyib. Merilinin pərəstişkarlarının bildiyi kimi, ginekoloji problemlər təəssüf ki, onu bütün həyatı boyu izləyib” deyə lotların təsvirində qeyd olunub.
Hazırda birinci rentgen 2 250 dollar, ikinci isə 1 250 dollar dəyərində qiymətləndirilir.

















