Məşhur müğənni Britni Spirsin kiçik oğlu 19 yaşlı Ceyden Ceyms 10 ildən sonra ilk dəfə qırmızı xalçaya çıxıb.
OLAY yazır ki, o, “Dior”un kolleksiyasının təqdimatında iştirak edib. Tədbir Los Angeles şəhərində keçirilib. Ceyden tədbirə yaşıl gödəkçə, dama-dama köynək və geniş mavi cins şalvarla qatılıb.
Xatırladaq ki, Ceyden daha əvvəl yalnız uşaq yaşlarında qırmızı xalçada görünüb. O, qardaşı ilə birlikdə anaları ilə “Teen Choice Awards” mükafatlandırma mərasiminə qatılıb.

















