Xalq artisti Könül Xasıyeva ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, sənətçiyə bəxşiş verməyi təşviq edən şəxsin paylaşdığı video istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.
Görüntülərdə məclis zamanı Xalq artistinə pul təqdim olunması və bunun xüsusi şəkildə reklam edilməsi diqqət çəkib. Paylaşımın yayılmasından sonra bir çox sosial media istifadəçisi bu cür addımın sənət adamına qarşı hörmətsizlik olduğunu bildirib.
İzləyicilərin bir qismi isə milli musiqi və sənət nümayəndələrinin bu formada gündəmə gətirilməsinin düzgün olmadığını qeyd edib. Şərhlərdə xüsusilə "sənəti deyil, bəxşişi ön plana çıxarmaq" tənqid olunub.
Bununla yanaşı, bəzi istifadəçilər məclis mədəniyyətində belə halların adi olduğunu və məsələnin şişirdildiyini müdafiə ediblər. Müzakirələr sosial şəbəkələrdə davam edib.
Milli.Az
















