Qızının sürprizi aparıcını ağlatdı

Qızının sürprizi aparıcını ağlatdı
Qızının sürprizi aparıcını ağlatdı

Aparıcı Könül Muxtarova ad günündə göz yaşlarını saxlaya bilməyib.

OLAY yazır ki, qızı İnci “Sevilən səhər” verilişində aparıcıya sürpriz edib. O, övladını efirdə görən Muxtarova ağlayıb:

“Bəzən insanı yalnız bir övlad kövrəldə bilər. Mənim həm zəif, həm də güclü tərəfim balamdır. Bütün uğurlarımızı balalarımızın adına qazanaq. Bu gözəl günüm üçün hər kəsə, Space Tv rəhbərliyinə təşəkkür edirəm”.

Sənət adamlarının da qatıldığı verlişdə Xalq artisti Gülyanaq Məmmədova Könül Muxtarova haqqında da xoş sözlər səsləndirib:

“Dünyamıza nə gözəllikdir ki, belə bir xanım göz açıb. Nitqi, mədəniyyəti, səmimiyyəti ilə sevilən aparıcıdır. İllərdir Könül xanımı efirlərdə görmüşük, görünməyəndə isə ‘niyə efirdə yoxsunuz?’ deyə soruşmuşuq. O isə hər zaman qalmaqaldan uzaq olduğunu bildirib. Elə buna görə də onu sevir və hörmət edirik. Çünki maarifləndirən, nümunə olan simalardandır”.

Mənbə: olay.az