Müğənni Namiq Qasımov ilk dəfə səhhəti ilə bağlı yaşadığı çətin anlardan danışıb.
Milli.Az xəbər verir ki, ifaçı keçirdiyi ağır vəziyyətin onda dərin qorxu yaratdığını bildirib.
Qasımovun sözlərinə görə, hadisə Yeni il proqramı üçün Türkiyəyə səfəri zamanı baş verib:
"Yeni il tədbiri ilə bağlı Türkiyəyə gedirdim. Orada konsert verəcəkdik. Mənim də panik atakım var. Dəhşətli dərəcədə yaşamışam. Təyyarədə yemək yedim, çatmağa yaxın yuxu tutdu məni. Ayılanda ayaq barmağımdan başıma qədər göynəmə, mədə bulanması başladı. Halım tam dəyişdi".
Sənətçi vəziyyətinin getdikcə ağırlaşdığını və qorxu keçirdiyini bildirib:
"Əməlli-başlı ölürdüm. Təyyarədə dedilər ki, bir adam ürək tutması keçirib. Onu eşidəndən sonra daha da pis oldum".
O, qeyd edib ki, təyyarə bələdçiləri onun təzyiqini ölçəndə yüksək nəticə qeydə alınıb:
"Təzyiqimi ölçdülər, 250-dən çox idi".
Müğənni sonda hava limanında təyyarədən xərək vasitəsilə endirildiyini açıqlayıb. Onun bu etirafı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Musa
Milli.Az
















