"Rəfiqəmin sevgilisi ilə birlikdə ola bilərəm" deyən aktrisanı qınadılar - FOTO

"Rəfiqəmin sevgilisi ilə birlikdə ola bilərəm" deyən aktrisanı qınadılar - FOTO

Gənc aktrisa Melisa Döngelin aylar əvvəl qatıldığı proqramda açıqlaması müzakirələrə səbəb olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, FOX TV-də yayımlanan "Kirli Sepeti" serialının baş rol aktrisası Melisa Döngel 4 ay əvvəl YouTube kanalında yayımlanan Eser Yenenlerin verilişində  münasibətlərdən danışarkən "Rəfiqəmin sevgilisi ilə sevgili olmadım. Mən belə birşey haqında əminliklə danışmağı sevmirəm. Rəfiqəmin sevgilisini bəyənərəm, ondan xoşum gələr "Heç vaxt eləmərəm" demərəm. Etməməyə çalışaram. Buna xüsusilə diqqət edərəm. Əgər ondan təsirləndiksə nə edə bilərik ki... Keçmiş olsun" deyib.

Aylar sonra sözləri trend mövzusuna çevrilən Melisa Döngelin videosu sosial şəbəkədə qısa zamanda minlərlə insan tərəfindən paylaşılıb.

Tənqid edilən aktrisa ilə bağlı "Belə şeyləri adiləşdirməyin, biabırçılıqdır", "Sənin kimilər sosial əxlaqı pozur"  kimi fikirlər səsləndirilib.

Turan
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun