Müğənni Robbi Uilyams yadplanetlilərin onu Yer kürəsindəki elçiləri seçmək istədiklərini bildirib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, "Mən yenicə "Arizona" adlı mahnı yazdım və o, yadplanetlilərlə əlaqə haqqındadır. Eyvanda dayanıb həmin mahnını oxuyurdum və birdən səmada böyük qızılı işıq topu əmələ gəldi. Düşündüm ki, bu, Venera və ya Marsdır, yaxud da buna bənzər bir şeydir. Lakin mahnı oxumağı dayandırdıqdan sonra o, yoxa çıxdı", - deyə Uilyams bildirib.
O, bundan sonra sirli işığın daha dörd dəfə geri qayıtmasına aydınlıq gətirib. Üstəlik, 50 yaşlı sənətçi iddia edib ki, bir neçə dəfə yadplanetlilərin kosmik gəmilərini yaxından görüb.
Müğənni hesab edir ki, yer üzündə yüksək populyarlıq qazandığı üçün yad irqlər onu seçib. Uilyamsın fikrincə, yadplanetlilər ondan başqa planetlərdə həyat haqqında danışmaq üçün istifadə etmək istəyirlər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun