Aktyor İlham Qasımov bir müddət əvvəl direktor təyin edildiyi Heydər Əliyev adına Saraydan paylaşım edib.
OLAY yazır ki, fotosunu yerləşdirən Qasımov bu sözləri yazıb:
“Mədəniyyət Naziri cənab Adil Kərimlinin əmri ilə Heydər Əliyev adına Sarayın direktoru vəzifəsinə təyin olundum.
Həyata keçirdiyim bütün layihələrdə Azərbaycan mədəniyyətinə xidməti özümə mənəvi borc bilmişəm. Bu vəzifədə bir çox maraqlı layihələri inamla həyata keçirməyə davam edəcəyəm”.