Duet ortağı ilə barışdı, illər sonra mahnılarını oxudu - VİDEO

Duet ortağı ilə barışdı, illər sonra mahnılarını oxudu - VİDEO

Əməkdar artist Sahib İbrahimov qalmaqal yaşadığı duet ortağı ilə barışıb.

Milli.Az olay-a istinadən bildirir ki, sənətçi "İncə səhər" proqramında qonaq olarkən incikliyi bitirmək üçün addım atıb. 

"Bəturə xanım mənim dəyərli duet ortağımdır. Bir balaca məndən incikdir. Mən heç kimlə küsülü deyiləm. Arada söhbət yaratmağa çalışdılar. O da ola bilər ab-havaya düşdü. Mənim sevilən duet ortağım olub. Hüzur-sevgi dolu insanam. Kimdənsə incik, küskün deyiləm. Rusların sözü var, deyir, heç vaxt "heç vaxt" demə. Bu gün də gəlsə, mən onunla belə bir duet yaradaram".

Daha sonra gənclər efirdə "Sənin xatirinə" mahnısını səsləndirib. Bu zaman kövrələn İbrahimov onlara qoşulub və illər sonra B. Hüseynova ilə duet mahnılarını oxuyub.

Qeyd edək ki, uzun illərdir qalmaqallı olan məşhurların arasındakı münasibətlər mahnıları trend olduqdan sonra daha da alovlanmışdı. 

Hətta S. İbrahimov efirlərdə bu mahnını səsləndirməkdən qaçırdı.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun