Avroviziya mahnı müsabiqəsinin rəsmi instaqram hesabında builki təmsilçilərimiz Fahree və İlkin Dövlətovun videosu yayımlanıb.
OLAY yazır ki, ifaçılar telefonlarında sevimli fotolarını göstəriblər.
Fahree bacısının qızı Nazlı ilə fotosunu göstərərək “Nazlı hər dəfə məni “dayday” deyə çağıranda mənim ürəyim əriyir. O mənim bütün mahnılarımı bilir” deyib.
İlkin isə ilk dəfə təyyarədən istifadə etdiyi an özün çəkdiyi fotosunu göstərib. Qeyd edib ki, həmin gün Azərbaycan musiqisini dünya səhnəsində təqdim etməyə gedirmiş.