"DreamFest" Beynəlxalq Musiqi Festivalında səhnəyə çıxan dünyaca məşhur müğənni Nikol Şörzinger tədbir üçün iki geyim seçib.
Milli.Az olay.az-a istinadən xəbər verir ki, ulduzun hər iki libası da azərbaycanlı dizayner Rüfət İsmayılın imzasını daşıyıb.
Belə ki, Şörzinger qırmızı xalı üçüb R. İsmayılın "Sumakh" kolleksiyasından olan parıltılı və naxışlı don seçib.
Səhnəyə isə qara, sinə dekolteli, uzun və yaxa hissəsi qaşlarla bəzədilmiş libas geyinib.
Bu paltarı daha əvvəl Ketrin Foster "Grammy" mükafatlarında geyinib. Hansı ki, bu gecə o da Nikolla eyni səhnədə olub.
Bundan əlavə, sözügedən əlbisədən türk model və aparıcı Defne Samyeli də tədbirlərin birində istifadə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun