Reytinq rekordları qıran "Uzak Şehir" serialı mövsümlə vidalaşarkən, heyətdə bəzi ayrılıqlar da baş verəcək. Üçüncü mövsümün çəkilişlərinə avqust ayının sonunda başlamağı planlaşdıran komandadan kimlərin gedəcəyi maraqla gözlənilirdi.
Milli.Az xəbər verir ki, serialla Ferit Kaya, Alper Çankaya, Burç Kümbetlioğlu və Ahmet Varlı vidalaşır.
Serialda yük avtomobili qəzası keçirən Pakizə obrazına həyat verən Yaren Güldikenin layihədə qalıb-qalmayacağı isə əsas suallardan biri idi.
Jurnalist Birsen Altuntaşın yaydığı məlumata görə, gənc aktrisa yeni mövsümdə də serialdakı fəaliyyətinə davam edəcək.
Lalə Qüdrətova
Milli.Az



Mənbə:
news.milli.az
















