Aktrisa Sonaxanım Əliyeva ilə şair və jurnalist Anar Vəziroğlu arasında yenidən qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, ekspert qismində "Elgizlə izlə" ictimai-sosial verilişində iştirak edən Sonaxanım Anara efir vasitəsi ilə xəbərdarlıq ünvanlayıb.
Aktrisa bildirib ki, bu qalmaqalın yenidən alovlanmasına səbəb A.Vəziroğlunun onun şəxsi həyatı ilə bağlı verdiyi xoşagəlməz müsahibəsi olub:
"Mən bu insanın adını efirdə çəkmək istəmirəm. Onun üçün bu çox olar. O bu verilişdən çıxıb adımı çəkərək özünə reytinq və reklam qazanır. Getsin, öz yazıları ilə özünə reklam qazansın. Sonaxanımın yadda qalan rolları var. Bu insan yazdığı yazıları qarşısına qoysun və görsün, hansı yazılarla özünə ad qazandırıb. O şəxs öz adı ilə deyil, qardaşı Baba Vəziroğlunun adı ilə məşhurlaşıb. Bu günə kimi onu heç bir yazısı ilə tanımamışam. Bəli, söhbət Anar Vəziroğlundan gedir. Haqqımda orada-burada müsahibələr verməsin. Getsin, özü, ailəsi, əzizləri və yaxınları haqqında müsahibə versin. Onun bu verilişdə dəfələrlə burnunu ovub demişəm ki, sənin həyatım haqqında danışıb, müdaxilə etməyə ixtiyarın yoxdur. Sənə kimsə toxunursa, get onun haqqında yaz. Sən niyə yanırsan? Soğan yeməmisən, için niyə göynəyir? Anar dəfələrlə mənim şəxsi həyatımdan danışıb".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun