Əməkdar artist Mətanət İsgəndərli növbəti solo konserti ilə tamaşaçıların qarşısına çıxıb.
Milli.Az xəbər verir ki, Yaşıl Teatrda baş tutan konsert proqramında sənətçi repertuarında yer alan məşhur mahnılarını canlı ifa edib. Gecə boyunca tamaşaçılar sevilən hitləri müğənni ilə birlikdə səsləndiriblər.
Konsert zamanı diqqət çəkən məqamlardan biri isə "Axtarma məni" mahnısının ifası olub. Mahnını canlı səsləndirən İsgəndərli çıxış zamanı çətin anlar yaşayıb. Həmin kadrlar tamaşaçılar tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.
Yayılan görüntülər qısa müddətdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi sənətçinin canlı ifasını yüksək qiymətləndirib, digərləri isə konsertdə yaşanan həmin anlarla bağlı müxtəlif fikirlər səsləndiriblər.
Sosial şəbəkələrdə maraqla qarşılanan görüntülər gündəm olub.
Musa
Milli.Az
















