Hollivud ulduzu Şeron Stoun son açıqlaması ilə diqqət çəkib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 67 yaşlı aktrisa qatıldığı podkastlardan birində uşaqlıq və ailə həyatı ilə bağlı səmimi etiraflar edib. Şeron Stoun mərhum anası ilə münasibətlərinin hər zaman mürəkkəb olduğunu bildirib.
Aktrisanın sözlərinə görə, həyatında anasından eşitmək istədiyi bəzi sözləri heç vaxt eşitməyib. O, valideynləri ilə yaşadığı emosional çətinliklərin atasının vəfatından əvvəl daha da hiss olunduğunu qeyd edib.
Şeron Stoun ailəsinə daim dəstək olmağa çalışdığını, lakin bunun qarşılığında bəzən gözlədiyi münasibəti görmədiyini də etiraf edib. Aktrisa anasının özünəinam problemlərinin ailədaxili münasibətlərə təsir göstərdiyini vurğulayıb.
Hollivud ulduzu müsahibə zamanı illər əvvəl yaşadığı ağır hadisədən də danışıb. O bildirib ki, bir vaxtlar evində naməlum şəraitdə ciddi xəsarət alıb və sonradan həkim müayinəsi zamanı döş qəfəsində sınıq aşkarlanıb.
Şeron Stoun hadisə ilə bağlı təfərrüatları açıqlamasa da, bu mövzuda heç kimə qarşı ittiham irəli sürmədiyini deyib.
Aktrisanın ailəsi və şəxsi həyatı ilə bağlı səsləndirdiyi fikirlər xarici mətbuatda geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az
















